Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub- FOTOLAR

SİYASƏT
14:05 06.11.2013
1184
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ problemi ilə bağlı Türkiyədə kitab dərci" adlı layihə həyata keçirib.Trend-in məlumatına görə, layihənin həyata keçirilməsinin əsas səbəbi Azərbaycan üçün qardaş ölkə və qonşu dövlət olmasına baxmayaraq, Türkiyədə də mövzu ilə əlaqədar elmi ədəbiyyatın əskikliyinin hiss edilməsi olub.Layihə şarşivəsində "Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu" ("Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi") adlı əsər Türkiyədə dərc olunub. Əsərin müəllifi QAFSAM-ın sədri və Xəzər Universitetinin müəllimi Araz Aslanlıdır.

OXŞAR XƏBƏRLƏR