Türkiyədə qarət olunan rusiyalı ifaçının sənədləri tapıldı

Türkiyədə qarət olunan rusiyalı ifaçının sənədləri tapıldı
DÜNYA
20:57 07.09.2022
346
Türkiyədə qarət olunan rusiyalı ifaçı Maşa Rasputinanın sənədləri tapılıb.

Bu barədə musiqiçinin həyat yoldaşı Viktor Zaxarov xəbər verib.

Onun sözlərinə görə, sənədləri olan çanta bir gün əvvəl oğurluq baş verən mağazaya atılıb.

"Hər şey yerindədir: həm bank kartları, həm də sənədlər. Təkcə nağd pul yoxdur. Mariya, əlbəttə ki, xoşbəxtdir. Artıq sənədləri yenidən düzəltdirmək lazım deyil və Rusiyaya qayıda bilərik”, - deyə o, vəziyyəti şərh edib.

Zaxarov oğurluğun rusiyalılar tərəfindən həyata keçiriləcəyini düşündüyünü bildirib.

Xatırladaq ki, Rasputina Türkiyədə elit mağazaların birində alış-veriş edərkən çantası oğurlanmışdı.
OXŞAR XƏBƏRLƏR