Quşadasında 3 nəfər təşkilatçı və 5 qeyri-qanuni miqrant türkiyə polisi tərəfindən saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qadınlar Dənizi” deyilən ərazinin sahilində rezin qayıqlarla dənizi keçmək istəyən 5 nəfər saxlanılıb. şikayət üzərinə bölgəyə gələn polis qrupları qeyri-qanuni mühacirlərin qayığını saxlayıb.
Qayıqda olan miqrantlardan 2-si qaçarkən, digər 3-ü yaxalanıb.
Suriya vətəndaşı olan qeyri-qanuni miqrantlar aidiyyatı üzrə orqana təhvil verilib.
Aysel