Tunceli valiliyi bu gün baş vermiş helikopter qəzası ilə bağlı açıqlama yayıb.
Məlumatda qəzaya səbəb kimi hava şəraitinin çiskinli və yağışlı olması göstərilib. Qeyd edilib ki, helikopter vilayətin Pülümür rayonundan qalxıb və 10 dəqiqə sonra radarlardan itib. Helikopterdə 7 polis əməkdaşı, 1 hakim, 1 hərbçi və 3 ekipaj üzvü olub. Onların taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
///Lent.az