Türkiyədə qidadan kütləvi zəhərlənmə baş verib

Türkiyədə qidadan kütləvi zəhərlənmə baş verib
DÜNYA
09:02 12.06.2025
258
Türkiyənin Amasiya şəhərində 39 nəfər ailəvi şənlikdən sonra qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə şəhərin Hacılar Meydanı məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR