Türkiyədə Quran kursunda uşaqlara təcavüz edildi

Türkiyədə Quran kursunda uşaqlara təcavüz edildi
DÜNYA
23:20 13.12.2021
561
Türkiyənin Ərzurum şəhərində Diyanət Nazirliyinə bağlı Quran kursunda 7 uşaq cinsi istismara məruz qalıb.
 
AZXEBER.COM Bakupost-a istinadən xəbər verir ki, Ərzurum valisi şübhəlinin Yozgatda saxlanıldığını açıqlayıb.
 
Ərzurumun Diyanət İşləri İdarəsinin Palandöken bölgəsində yerləşən Hacı Bahattin Evgi internatında Quran kursunda yaşları 10-11 arasında olan 7 uşağın cinsi istismara məruz qaldığı üzə çıxıb.
 
Hadisəni təsdiqləyən Ərzurum valisi Okay Memiş kursda könüllü nəzarətçi kimi işləyən şübhəlinin Yozqatda qaçmağa çalışarkən saxlanıldığını və təhlükəsizlik səbəbilə Ərzuruma gətirilmədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR