Esra Erolun Türkiyənin ATV kanalında yayımlanan verilişində biabırçılıq yaşanıb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, verilişdə 3 kişi ilə münasibətdə olan hicablı qadının uşağının kimdən olması müzakirə olunub.
Əri Mest Gürleyiki atıb Cemil Arslana qaçan, sonra da Davutla sevgili olan Gürcan Gürleyik 3 aylıq uşağının kimdən olduğunu bilmir.
DNT testləri nəticəsində məlum olub ki, Gürcanın uşağının atası onun atıb qaçdığı əridir.
Verilişdə belə rəzalət olayının işıqlandırılması izləyicilərin narahatlığına səbəb olub. Hər kəs qadını bu hərəkətinə görə qınayıb.
Qeyd edək ki, Türkiyə televiziyaları dəfələrlə reytinq xətrinə saxta ssenarilərdən də istifadə edib.