Türkiyənin Balıkesir vilayətində şagirdləri daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Bildirilib ki, qəzada ölənlər minik avtomobilində olublar.
Avtobusun sürücüsü və daha yeddi şagird isə xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
/report