Türkiyədə saxta spirtli içkilər 152 nəfərin həyatına son qoydu

Türkiyədə saxta spirtli içkilər 152 nəfərin həyatına son qoydu
DÜNYA
15:38 26.02.2025
586
Bu il Türkiyədə 152 nəfərin ölümünə səbəb olan saxta spirtli içkilərin istehsalı və ticarətinə qarşı 780 əməliyyat keçirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama verib.
 
Açıqlamaya əsasən, əməliyyatlar nəticəsində 983 nəfər tutulub.
 
Axtarışlar zamanı 445 min 16 litr saxta spirtli içki ələ keçirilib.

Əməliyyatlar zamanı 983 nəfər saxlanılıb, şübhəlilərdən 50-si həbs edilib, onlardan 75-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Digər şübhəlilər barəsində isə proses davam edir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR