Türkiyədə seçki prosesinə əməl etməyən yayım orqanları cəzalandırılacaq

Türkiyədə seçki prosesinə əməl etməyən yayım orqanları cəzalandırılacaq
DÜNYA
18:45 11.05.2023
222
Türkiyədə seçki prosesinə dair qadağalara əməl etməyən yayım orqanları cəzalandırılacaq.

Bu barədə Radio və Televiziya Ali Şurası (RTÜK) bəyanat yayıb.

"Seçki günü saat 18:00-21:00 arası Yüksək Seçki Şurası (YSK) tərəfindən veriləcək xəbərlər dərc oluna bilər. Seçkilərin nəticələrini açıqlamaq, yalan məlumat vermək və manipulyasiya xarakterli materiallar hazırlamaq qəti qadağandır. Saat 21:00-dan sonra isə bütün yayımlar sərbəst olacaq”, - deyə bildirilib.
OXŞAR XƏBƏRLƏR