Türkiyədə seçkilər bitdi: Ərdoğan böyük bir rəqiblə qarşı-qarşıya gəldi ( NƏTİCƏLƏR)

DÜNYA
23:58 07.06.2015
6619

Türkiyədə keçirilən parlament seçkilərində səslərin 96 faizi sayılıb

Türkiyədə səslərin 96,1 faizi açılıb. Hazırkı nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 41,4 faiz səs toplayıb. Bu nəticə ilə parlamentdə 261 deputatla təmsil olunacaq. Əsas müxalifət partiyası olan CHP isə səslərin 25,3 faizini alıb (130 deputat) MHP 16,7 faiz (84 deputat), HDP isə 12 faiz (75 deputat)la parlamentə girəcək. Hazırki nəticələr heç bir partiyaya təkbaşına hökümət qurmağa imkan vermir. Siyasi müşahidəçilər hakim partiyanın kürdlərlə, yəni HDP ilə koalisiyaya gedəcəyini belə istisna etmirlər. 22:26 Türkiyədə keçirilən parlament seçkilərində səsvermənin nəticələri açıqlanıb. Seçki qutularının 85 faizi açılıb. Son nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,6, CHP 24,9, MHP 16,9, HDP isə 11,3 faiz səs alıb. Bu isə o deməkdir ki, Ərdoğan parlament seçkilərində istədiyi nəticəni ala bilməyib. İlk dəfə olaraq Ərdoğanın partiyası əvvəlki seçkilərə nisbətən az toplayıb. Qeyd edək ki, 2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

OXŞAR XƏBƏRLƏR