Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri hospitalda dünyasını dəyişib.
Yaralı 2 hərbçinin durumu ilə bağlı əlavə məlumat verilməyib.
10:05
Türkiyə ordusu bu gün 4 şəhid verib.
Hərbi konvoyun Batman vilayətinin Hasankeyf kəndindən keçidi zamanı yola döşənilən mina partlayıb. Nəticədə 4 əsgər ölüb, 5 yaralı var.
Yaralılar dövlət xəstəxanasına çatdırılıb.