Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, yaralılar var

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, yaralılar var
DÜNYA
13:29 16.01.2022
303
Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə Köyulhisar məhəlləsi adlanan ərazidə baş verib.

Hadisəyə səbəb güclü qar və yolun buz bağlaması olduğu bildirilir. Belə ki, yük avtomobili sürücüsü idarəetməni itirərək qarşı istiqamətdə yola çıxaraq aşıb. Digər istiqamətdən gələn avtobus isə aşmış yük avtomobilinə çırpılıb.

Nəticədə 4 ağır olmaqla, 15 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları xəlb olunub.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb.
OXŞAR XƏBƏRLƏR