Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib

Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
DÜNYA
22:48 29.07.2025
300
Bakı vaxtı ilə saat 18:25-də İstanbuldan havaya qalxan Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsinin hidravlik sistemində nasazlıq yaranıb.

Təyyarə texniki nasazlıq səbəbindən Antalya hava limanına məcburi eniş edib.

Təyyarə eniş etdikdən sonra ümumilikdə 47 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisə zamanı ölən və yaralanan olmadığı bildirilib.

/Oxu.Az
OXŞAR XƏBƏRLƏR