Türkiyədə silah alverçilərinə qarşı əməliyyatda 18 nəfər saxlanıldı

DÜNYA
13:29 13.12.2024
117
Silah qaçaqmalçılarına qarşı dron dəstəyi ilə keçirilən əməliyyatda 18 şübhəli saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
 
Belə ki, texniki və fiziki təqibdən sonra şəhər mərkəzi, Siverek, Hilvan və Viranşehir rayonlarında müəyyən edilən 29 ünvanda eyni vaxtda əməliyyat təşkil edilib.
 
Polis xüsusi hərəkat və kəşfiyyat qruplarının dəstəklədiyi əməliyyatda detektor itin köməyi ilə axtarış aparılıb.
 
Axtarışlar zamanı 7 uzunlüləli silah, 8 tapança, 16 ov tüfəngi və 2 min 110 güllə ələ keçirilib. Polislər silah və sursat ələ keçirərək 18 şübhəlini saxlayıb.
 
Pilotsuz uçuş aparatının dəstəyi ilə keçirilən əməliyyat zamanı qaçmağa çalışan şübhəli də ələ keçirilib.
 
Saxlanılan şübhəlilərin polisdə əməliyyatları davam etdirilir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR