Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var

Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var
DÜNYA
10:27 19.10.2025
105
Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

AZXEBER.COM xəbər verir ki, Esenyurt rayonunda küçədə dayanan 4 nəfərə dövlət nömrə nişanı məlum olmayan avtomobildən odlu silahla atəş açılıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Ərazyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri ölüb.

Polis ərazidən qaçan cinayətkarın (və ya cinayətkarların) yaxalanması üçün əməliyyata başlayıb.
 
\"Report" 
OXŞAR XƏBƏRLƏR