Türkiyədə son 20 dəqiqədə 7 güclü zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələlər Doğanşehir (Malatya) 3.8, 4.2, 3.7 və 4.2, Pütürge (Malatya) 3.9, İslahiye (Gaziantep) 4.9, Hassa (Hatay) 3.6 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.