Suriya qaçqınlarını daşıyan iki qayıq batıb.
AZXƏBƏR.COM -un məlumatına görə, AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Bodrumdan Yunanıstanın Kos adasına doğru hərəkət edən iki qayıq Egey dənizinin sularına qərq olub.
Hadisə nəticəsində 11 nəfər ölüb, 5 nəfər itkin düşüb, 6-sı isə xilas edilib. Təhlükəsizlik qüvvələri dənizdə və havadan axtarışları davam etdirir.