Türkiyədə Təhsil Nazirliyinin 15 min 200 əməkdaşı işdən QOVULDU

SOSİAL
18:11 19.07.2016
1401

Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət bölgələrində çalışan 15 min 200 əməkdaşı vəzifələrindən çıxarılıb.

AZXEBER.COM-un Türkiyə KİV-nə istinadla xəbərinə görə, bu haqda Milli Təhsil Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, işdən çıxarılanlar barəsində cinayət işi açılıb.

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə hakimiyyəti devirməyə cəhd edilməsindən sonra ölkədə Fətullah Gülənə bağlı olduğu iddia edilənlərə qarşı əməliyyatlar başlayıb.

Bir çox dövlət qurumlarının vəzifəli şəxsləri tutduqları postlardan uzaqlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR