Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatdı

Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatdı
DÜNYA
21:56 13.11.2022
230

Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, qeyd edib ki, terror aktını qadın törədib.

"Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.

Hadisə terror aktı kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR