Türkiyədə terrorçulara aid çoxlu sayda silah və sursat ələ keçirildi

Türkiyədə terrorçulara aid çoxlu sayda silah və sursat ələ keçirildi
DÜNYA
15:43 29.12.2024
214
Türkiyədə Pəncə Kilidi Əməliyyatı bölgəsində terrorçulara məxsus mağarada çoxlu sayda silah və sursatın ələ keçirildiyi açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlama verib.
 
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib:
 
"Yorulmadan mübarizəsini davam etdirən qəhrəman Mehmetçik Pəncə-Kilit Əməliyyatı bölgəsində terrorçulara aid bir mağara aşkar etdi. Mağarada silah, sursat və yaşayış materialları ələ keçirildi. Əsirlər götürüldü. 1 ədəd Zaqros snayper tüfəngi, 10 ədəd kaset tipli əl qumbarası, 3 ədəd müdafiə tipli əl qumbarası, 150 ədəd 5,56 mm-lik döyüş sursatı, 6 ədəd M16, 1 durbin, 1 hard disk, 2 mobil telefon, 1 kamera, 1 snayper gizlətmə kostyumu, 1 termal kostyum, 1 hücum jileti, 7 qaz maskası, 2 generator əldə olundu".
 
Oksana
OXŞAR XƏBƏRLƏR