Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Su-24 təyyarəsinin pilotunun ölümü ilə bağlı ünvanladığı başsağlı məktubundan sonra daha bir terror faciəsi yaşadı.
İyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk Hava limanında dəhşətli partlayış törədildi. Xarici reyslər terminalında baş verən 2 partlayış nəticəsində 36 ölü, 147 yaralı var.
Terrorun məhz Rusiya-Türkiyə münasibətlərinin düzəldiyi bir vaxtda baş verməsini çoxları təsadüf hesab etmir.
Məsələylə bağlı danışan politoloq Fərhad Mehdiyev hesab edir ki, partlayışın məhz hava limanında baş verməsi, ölkənin əsas qazanc mənbələrindən olan turist axınının, ö cümlədən Rusiyadan gələnlərin qarşısını almaqdır: “Türkiyə prezidentinin üzrxahlıq məsələsindən sonra ölkəyə rus turistlərinin artması ehtimalı çoxalmışdı. Amma bu terror yəqin ki, turist axınına böyük zərbə olacaq. Partlayış beynəlxalq limanda baş verib. Burada isə məqsəd birdir: nə olursa-olsun, Türkiyəyə gələn xarici turistlərin qarşısı alınsın. Partlayışın törədilməsi bir başa buna yönəlib. Deyə bilərəm ki, Türkiyədə baş verən terror hadisələri hələ davam edəcək. Diqqət edin, Amerika 16 terror olacağına dair öz vətəndaşlarına məlumat verib. Əfsuslar olsun ki, Amerikanın verdiyi məlumatlar çox vaxt düz çıxır. Ona görə Türkiyədə yenidən partlayışların olacağı çox realdı”.
///AzNews.az