Türkiyədə transgenderlər arasında gözəllik müsabiqəsi keçirilib - FOTOLAR

DÜNYA
15:35 25.06.2014
2462
Bu ölkədə homoseksuallıq cinayət hesab edilmir.
İstanbulda təşkilatçıların qeyd etdiyi kimi “zehniyyət və zorakılığın” fonunda keçirilən transgenderlərin ilk gözəllik müsabiqəsi keçirilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, baxmayaraq ki, homoseksualizm Türkiyədə cinayət hesab edilmir, bir çox beynəlxalq təşkilatların o cümlədən, Amnesty International-ın fikrincə seksual azlıqlar burada diskriminasiya edilir. 2002-ci ildən indiyə qədər isə ölkədə 70-ə yaxın transseksual öldürülüb.
Bu qəbildən olan müsabiqənin keçirilməsi LGBT-nin nümayəndələrinə qarşı mübarizənin yeni dalğasına təkan verməli idi.
Müsabiqənin iştirakçıları özlərini ən yaxşı şəkildə nümayiş etdirərək qələbə qazanmaq üçün əllərindən gələni etmişdilər.
Şouda 500 tamaşaçı olub, münsiflər heyəti 8 transseksualdan ibarət olub. Sonda onlar 13 nəfər iştirakçı arasında qalibi seçiblər.
Tac Yanki Bayramoğluna qismət olub.
Oxuculara müsabiqənin fotoşəkillərini təqdim edirik:
OXŞAR XƏBƏRLƏR