Türkiyənin Mersin şəhərinin Bozyazı kəndində limanda dayanan "Nomia” adlı tur qayığında yanğın baş verib. Qayıq tamamilə yararsız hala düşüb.
AZXEBER.COM xəbər verir ki, tur qayığındakı yanğın uzun çalışmalardan sonra nəzarətə alınaraq söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.
Səhər saatlarında baş verən yanğının səbəbləri hələlik məlum deyil. Bununla bağlı hazırda araşdırma aparılır.