Gənc qız universitetə getdiyi gün evində ölü tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Trabzonda Qaradəniz Texniki Universitetində Meşə Sənayesi Mühəndisliyi ixtisası üzrə təhsil alan Semanur Akbaş universitetə gedəcəyi gün İstanbuldakı evində ölü tapılıb.
Belə ki, 3-cü kurs tələbəsi Semanur Akbaş səhər saatlarında yatağında hərəkətsiz vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Ailənin xəbəri ilə evə gələn sağlamlıq qrupları Semanur Akbaşın öldüyünü müəyyən edib.
Cansız bədəni yarılma üçün məhkəmə tibb müəssisəsinə aparılan Akbaşın infarkt nəticəsində öldüyü müəyyən edilib. Akbaşın cənazəsi dünən doğulduğu Aksarayda torpağa tapşırılıb.
Ayşən