Türkiyə vilayəti olan Düzcədəki bələdiyyə və universitet obyektlərində İsrail məhsullarının boykot edilməsinə qərar verilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Düzcedə bələdiyyə və universitet daxilindəki obyekt, yeməkxana və iş yerlərində İsrail mənşəli məhsulların satılmayacağı bildirilib.
Düzce Bələdiyyəsi və Düzce Universitetinin sosial media hesablarında edilən paylaşımlarda Qəzzaya hücumlar səbəbilə İsrail məhsullarının boykot ediləcəyi bildirilib.
Bələdiyyənin yazısında "Günahsız mülki insanları bombalayan, balaca körpələri vəhşicəsinə qətlə yetirən İsraildən gələn hər hansı məhsulun bundan sonra Düzce Bələdiyyəsinin şirkət və obyektlərində satılmayacağı” bildirilib.
Ayşən