Türkiyədə vəziyyət yenidən gərginləşdi - FOTOLAR - VİDEO

DÜNYA
00:01 03.06.2013
3749

İstanbul Gəzinti Parkında ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyaları getdikcə böyüyür.

AZXEBER.COM-un “Milliyet”ə istinadən verdiyi xəbərə görə, aksiyalar İstanbulun ardından Ankarada və İzmirdə sürətlə yayılmağa başlayıb.

Ankaralılar bu gün axşam saatlarında İstanbuldakı aksiyaya dəstək vermək üçün, Türkiyənin məclis binası önünə toplaşmağa başlayıblar. Bir qrup aksiya iştirakçısı Atatürk parkında polislə toqquşub. Hazırda həbs edilənlərin sayı dəqiq məlum deyil. Toqquşma nəticəsində 414 nəfərin yaralandığı, onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.

Aksiyalar İzmirdə də böyük səs-küyə səbəb olub. Polis aksiya iştirakçılarına su şırnağı və qaz bombası iləcavab verib. Hazırda 5 min nəfər “Gündoğdu Meydanı”na, min nəfər isə “Kıbrıs Şehitleri Caddesi”nə doğru hərəkət edir.

Yaralananların olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR