Türkiyədə xidmətdə olan azərbaycanlı xilasedicilərin yeni görüntüləri - VİDEO

Türkiyədə xidmətdə olan azərbaycanlı xilasedicilərin yeni görüntüləri - VİDEO
DÜNYA
13:39 08.02.2023
272
Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.

AZXEBER.COM xəbər verir ki, təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. 

Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

AZXEBER.COM-a göndərilən videoda Kahramanmaraşda xidmətdə olan xilasedicilərimizin bir neçə nəfərin cansız bədənini çıxardığı məlum olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Ayşən
 
OXŞAR XƏBƏRLƏR