Türkiyədə Xocalı Soyqırımı ilə bağlı internet kampaniyası keçirəcək

Türkiyədə Xocalı Soyqırımı ilə bağlı internet kampaniyası keçirəcək
15:35 25.02.2013
970

“Youth Network of Azerbaijan” gənclər təşkilatı olaraq 26 fevral Xocalı Soyqırımının ildönümü ilə əlaqədar əsas fəaliyyət regionumuz olan Türkiyədə kampaniya keçirəcəyik. Kampaniyanın əsas məqsədi Xocalı Soyqırımını effektiv bir şəkildə təbliğ etməkdir. Soyqırımı elmi səviyyədə tanıtmaq, media orqanlarında soyqırım hadisələri haqqında xəbərlərin geniş yayılmasını təmin etmək, Türkiyədə mövcud olan sosial şəbəkərdə Xocalı haqqında materialların dərc olunmasını təmin etmək əsas hədəfimizdir.

AZXEBER.COM-un məlumatına görə, kampaniya 3 istiqamətdə aparılacaq: Birinci istiqamət:Türkiyədə mövcud ən yüksək səviyyəli universitetlərin akademik işçi heyətinə Xocalı Soyqırımı haqqında məlumatlandırıcı məktublar göndəriləcək. Bununla YNA əsas məqsədi ondan ibarətdir ki, Türkiyədə mövcud olan intellektual şəxslərə Xocalı Soyqırımı haqqında məlumatlar çatdırılsın. Xüsusilə universitetlərdə toplaşan elmi kadrların və intellektual insanların bu haqda məlumatlandırılmasını vacib hesab edirik.

İkinci istiqamət:Türkiyədə mövcud olan xəbər agentliklərinə press-relizlər, fotolar və videolar göndəriləcək. Çalışacağıq ki, göndərilən xəbərlər müxtəlif media qurumlarının vebsaytlarında çap olunsun. Təxminən 100-dən artıq media orqanına göndəriləcək məlumatlar çap olunduğu təqdirdə gün ərzində yüz minlərlə insan Xocalı Soyqırımı haqqında informasiya əldə etmiş olacaq.

Üçüncü istiqamət: YNA olaraq Türkiyədə fəaliyyət göstərən sosial şəbəkələrdə çalışacağıq ki, Xocalı Soyqırımı haqqında geniş məlumatlar çap olunsun. YNA olaraq, sosial şəbəkələrin kütləvi olaraq istifadə olunduğu Türkiyədə bu tipli fəaliyyətlərin müsbət nəticələr verəcəyinə inanırıq. Biz cəhd edəcəyik ki, bu şəbəkələrdə fəaliyyət göstərən və yüz minlərlə insanın izlədiyi səhifələrdə Xocalı Soyqırımı haqqında məlumatlar, fotolar, videolar dərc olunsun. Beləliklə gün ərzində çox ciddi bir insan qrupu informasiya əldə etmiş olacaq.

Kampaniyann keçirilməsinə 26 fevral səhər saatlarında başlanacaq. Gün ərzində nəzərdə tutulan auditoriyaya məktublar ünvanlanacaq.

OXŞAR XƏBƏRLƏR