Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadədən xəbər var.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa COVID-19-a yoluxub.
Aktrisa koronavirusa yoluxduğu üçün onun yeni rol almağa başladığı "Üç Kuruş" serialının da çəkilişləri dayandırılıb.
Qeyd edək ki, Nəsrindən əvvəl onun serialdakı tərəf müqabili Uraz Kayqılaroğlu, o cümlədən ekran işinin rejissoru Sinan Öztürk də virusa yoluxub.