15 ildir ki, Türkiyənin Antalya şəhərində yaşayan 48 yaşlı Azərbaycan əsilli Türkiyə vətəndaşı ölü tapıldı.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 ildir Türkiyənin Antalya şəhərində yaşayan 48 yaşlı Azərbaycan əsilli Türkiyə vətəndaşı Elçin Əbdül evində ölü tapılıb.
Hadisə baş verən gün həyat yoldaşı Nelli Abdullayeva otağından çıxmayan həyat yoldaşını bir neçə dəfə səsləsə də, ondan cavab almayıb. Otağa daxil olan qadın həyat yoldaşının hərəkətsiz vəziyyətdə olduğunu görüb qonşuları çağırıb.
Hadisə yerinə gələn təcili yardım kişinin öldüyünü bildirib. Məhkəmə tibbi ekspertizanın məlumatına görə, meyitdə heç bir xoşagəlməz hal aşkar edilməyib və bu, normal ölüm kimi qiymətləndirilib. Meyit bələdiyyə morquna aparılıb.
Günel