Türkiyədə yaşlı qadın evdə yanaraq öldü

Türkiyədə yaşlı qadın evdə yanaraq öldü
DÜNYA
10:59 10.04.2025
240
Evdə çıxan yanğında tüstüdən zəhərlənən Hüsniyə Balkan (79 yaş) həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Çanaqqala bölgəsində baş verib.
 
Yanğın yerli saatla 08:00 radələrində baş verib. Ətrafdakı insanların xəbəri üzərinə polis və xilasetmə qrupları ünvana sövq edilib. Xilasetmə qruplarının müdaxiləsi ilə alov 1 saatda nəzarət altına alınıb.
 
Evə daxil olan qruplar Hüsniyə Balkanın cansız cəsədini tapıb. Yanğın zamanı Balkanın evdə tək olduğu, tüstüdən zəhərləndiyi və çölə çıxmaq istəyərkən giriş qapısının qarşısında öldüyü müəyyən edilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR