Türkiyənin Aydın şəhərində qız tələbələrin qaldığı "Güzelhisar Qızlar Yurdu”nda lift qırılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki,dünən axşam saatlarında baş verən hadisədə 16 şagirdin mindiyi liftdə nasazlıq yaranıb və lif qırılıb.
Hadisə nəticəsində 1 şagirdin öldüyü açıqlanıb.
Bir qrup tələbə, liftə vaxtlı vaxtında qulluq olunmadığını bildirərək yataqxananın qarşısına toplaşıb, şüarlar səsləndirərək hadisəyə reaksiya verib.
Aysel