Türkiyədə Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvü yaxalanıb

Türkiyədə Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvü yaxalanıb
DÜNYA
11:21 26.12.2025
96
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvünü yaxalayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, əməliyyat Malatya şəhərində Daxili İşlər Nazirliyi Baş İdarəsi ilə birgə keçirilib.

Əməliyyat nəticəsində İŞİD üzvü olan terrorçu İbrahim Burtakuçin saxlanılıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR