AFAD Türkiyənin Siirt bölgəsinin mərkəzi Meydandərə kəndində yeraltı səslərin eşidilməsi iddiası ilə hərəkətə keçib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı ərazidə xüsusi qrup yaradılıb.
Qeyd edilən ərazidə səslərin yeraltından gəldiyi iddiasından sonra AFAD tərəfindən bölgədə quraşdırılan akselerometr sistemi ilə kənddəki yeraltı təkanlar 24 saat izləniləcək. Xüsusi mütəxəssislər ərazidə araşdırmalar aparır.
Digər tərəfdən sakinlər səsin gündən-günə artdığını iddia ediblər.
Aydın