Türkiyə zəlzələ zonasının yenidən qurulması işləri üçün 400 milyon avroluq yeni xarici maliyyə vəsaiti ayırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə Nazirliyi məlumat yayıb.
Türkiyənin müxtəlif sektorlarda uyğun və uzunmüddətli xarici maliyyə təmin etmək səyləri davam edir.
Dünya Bankından 200 milyon avro və Fransa İnkişaf Agentliyindən 200 milyon avro olmaqla toplam 400 milyon avro (təx:745 milyon manat) birgə maliyyələşdirmə təmin edilib.
Bu maliyyələşdirmə təxminən 2800 kənd evinin təmiri və yenidən qurulması məqsədi daşıyır. Layihə çərçivəsində mümkün qədər yerində yenidənqurma işlərinə üstünlük veriləcək, sözügedən binaların zəlzələyə davamlılığı, su, enerji və istilik səmərəliliyi artırılacaqdır.
Oksana