Türkiyədə zəlzələdən sonra təxribat xarakterli paylaşımlar edən 17 nəfər həbs edildi

Türkiyədə zəlzələdən sonra təxribat xarakterli paylaşımlar edən 17 nəfər həbs edildi
DÜNYA
18:29 14.02.2023
224
Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdən sonra təxribat xarakterli paylaşım edənlərə qarşı tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, Baş Təhlükəsizlik İdarəsinin Kibercinayətkarlıqla mübarizə şöbəsi 531 hesab menecerindən 221-i haqqında hüquqi proses başlandığını, saxlanılan 64 nəfərdən 17-nin həbs edildiyini açıqlayıb.

Digər tərəfdən, zəlzələdən zərər çəkənlərə yardım etmək istəyən vətəndaşların xoş niyyətindən sui-istifadə etmək üçün yaradılmış 46 internet saytının bağlanması təmin edilib. Həmçinin rəsmi qurumların adından istifadə edərək vətəndaşlardan pul tələb edən 15 sosial media hesabı ilə bağlı lazımi tədbirlər görülüb.
OXŞAR XƏBƏRLƏR