Mustafa Sarı ötən gün keçirilən aksiyaya müdaxilə edərkən 5 metr hündürlükdən yıxılıb
Türkiyədə 9-cu gündür davam edən “Gəzinti Parkı” aksiyasında növbəti ölüm hadisəsi baş verib. Yerli mətbuatın xəbərinə görə, Adanada keçirilən iznsiz etiraz aksiyasına müdaxilə edərkən yıxılaraq yaralanan polis komissarı ölüb. Məlumata görə, polis Mustafa Sarı ötən gün keçirilən aksiyaya müdaxilə edərkən 5 metr hündürlükdən yıxılıb ağır yaralanmışdı. Yaralı halda vəziyyətdə xəstəxanaya çatdırılan Mustafa Sarı bu gün vəfat edib.