Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyindən Ordumuza dəstək

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyindən Ordumuza dəstək
SOSİAL
11:05 07.11.2020
1029
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) Azərbaycan Ordusuna maddi yardım göstərib.

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) Dağlıq Qarabağdakı erməni işğalının sona çatması üçün başladılan səfərbərliyə dəstək olmaq üçün Azərbaycan Ordusuna nağd pul köməkliyi göstərib.

TAİB üzvlərinin və Türkiyədəki iş adamlarının dəstəkləri ilə toplanan maddi yardımı Azərbaycan Silahlı Qüvvələri Yardım Fonduna köçürülüb.

Mövzuyla əlaqədar Türkiyədəki Azərbaycanlı İşadamları Dərnəyi (TAIB) İdarə heyəti tərəfindən verilən açıqlamada deyilib: "Türkiyədəki Azərbaycanlı iş adamları olaraq, əvvəllər olduğu kimi bundan sonra da hər zaman ordumuzun və dövlətimizin yanındayıq”.

Bundan əlavə TAİB üzvü şirkətlər tərəfindən Azərbaycan Ordusuna tibbi və qida dəstəkləri də davam edir. 

Qeyd edək ki, Türkiyədəki iş adamı cəmiyyətləri və təşkilatlarının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki atəşkəs rejimini və beynəlxalq hüququnu pozaraq 27 sentyabr 2020-ci il tarixində ağır silahlarla Azərbaycanın  mülki yaşayış məntəqələri və hərbi bölmələrini hədəfə alan hücumlarla əlaqədar mətbuat üçün birgə açıqlaması yayılmışdı.
OXŞAR XƏBƏRLƏR