Türkiyədəki dəhşətli partlayışda ölənlərin sayı 22-ə çatdı

Türkiyədəki dəhşətli partlayışda ölənlərin sayı 22-ə çatdı
DÜNYA
01:16 15.10.2022
431
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində  ölənlərin sayı 22-ə çatıb. 

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 21 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
OXŞAR XƏBƏRLƏR