Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı

Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
MAQAZİN
14:51 15.05.2025
400
Əkrəm İmamoğlunun həbsinə etirazlar zamanı həbs olunan universitet tələbəsi Esila Ayık da daxil olmaqla 3 tələbənin azadlığa buraxılmasına qərar verilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Belçikada təhsil alan universitet tələbəsi Ayık, İmamoğluna dəstək nümayişləri zamanı həbs olunan tələbələrə dəstək məqsədilə aprelin 8-də Kadıköy Həmrəylik Səhnəsində keçirilən tədbirə qatılıb və həbs edilib.

Xatırkladaq ki, Anadolu Baş Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən xroniki böyrək və ürək xəstəliyi olan Ayıkla bağlı hazırlanan iddianamədə "Prezidentə açıq hücum etmə" maddəsi ilə 4 ildən 8 ilədək həbs tələb edilmişdi.
 
Aysel

OXŞAR XƏBƏRLƏR