Türkiyədə, Diyarbakır və Mardin arasındakı bölgədə baş verən yanğın yaşayış məntəqələrinə də keçib, 5 nəfər həyatını itirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, öləm insanlarla yanaşı, bölgədən gələn görüntülərdə alovda ölən və ağrıdan inləyən yüzlərlə heyvan əks olunub.
Sosial şəbəkələrdə heyvansevərlər və baytar həkimlər bölgəyə çağırılıb və yaralı heyvanların müalicəsi üçün kömək istənilib.
Qaçmağa yeri olmayan bədbəxt heyvanlar yanaraq ölüb. Qisməb yanan heyvanların çarəsiz iniltiləri həmin anları lentə alan şəxsin və görüntüləri izləyən minlərlə sosial şəbəkə istifadəçisinin göz yaşlarına səbəb olub.
Sözügedən fotoları təqdim edirik: