“Türkiyədəki seçki birbaşa Qarabağ məsələsinə təsir edəcək”- Tural Abbaslı

SİYASƏT
15:43 12.05.2023
2639
14 mayda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

AZXEBER.COM AĞ Partiyanın başqanı Tural Abbaslının Türkiyədəki seçkilərlə bağlı fikirlərini öyrənib.

"Azərbaycan cəmiyyəti, siyasi səhnəsi olaraq Türkiyədəki seçkiləri izləyirik. Azərbaycandakı bütün kəsimlər Türkiyədəki seçkilərə hədəflənib. Bu da təbiidir. Son dövrlər Türkiyənin istər Cənubi Qafqazda, istərsə də  Azərbaycanda oynadığı rol kifayət qədər böyükdür. Azərbaycanın Qarabağ məsələsində dünyadakı mövqeyinin güclənməsində hazırkı iqtidarın birbaşa rolu var. Nəzərə almalıyıq ki, Türkiyədə dünyanın böyük güclərinin də maraqları var. Bu maraqlar çərçivəsində hətta seçkiyə üç gün qalmış namizədi geri çəkdirə bilən güclər var”.

Tural Abbaslının fikrincə belə bir ərəfədə seçkinin nəticəsi ilə bağlı  dəqiq bir proqnoz vermək risklidir:

"Azərbaycanın maraqları Ərdoğanın, AKP-nin iqtidarda daha 5 il uzanması xidmət edir. İnanırıq ki, Türkiyə cəmiyyəti yenidən AKP və Ərdoğana şans verəcək. Onlar yenidən iqtidarda qalacaq. Bu birbaşa Qarabağ məsələsinə təsir edəcək. Sirr deyil ki, Qarabağ məsələsi masada hələ tam həllini tapmayıb.

Bu məsələdə bizim qarşımızda Rusiya, ABŞ,  Fransa kimi ölkələr var. Bu güclərin qarşısına tək çıxmaq Azərbaycan iqtidarı ilə eyni fikirdə olmayan Tükiyə iqtidarı ilə mümkün deyil”.

Partiya sədri sonda Muharrem İncenin namizədliyini geri götürməsindən danışıb:

"Sözsüz ki,  M.İncənin geri çəkilməsi seçkilərə təsir edəcək. Onun səsləri AKP və CHP-yə gedəcək. Cəmiyyətdə yaranan fikir odur ki, İncənin geri çəkilməsində CHP-nin əli var. 
İncə tərəfdarları buna görə AKP-yə də, Sinan Oğana da səs verə bilər. Məlumdur ki, seçkinin taleyini 1-2 faiz səs həll edir.  İnanmaq istəyirəm ki, birinci turda Ərdoğan qalib gələcək. Bundan həm Azərbaycan, həm türk-islam dünyası qazanmış olacaq”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir