Türkiyədəki sel fəlakətində ölənlərin sayı AÇIQLANDI

Türkiyədəki sel fəlakətində ölənlərin sayı AÇIQLANDI
DÜNYA
10:48 17.03.2023
276
Şanlıurfada selin fəlakti nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Adıyamanda 2 nəfər həyatını itirərkən, cəmi can itkisi 17-yə yüksəlib.
 
Digər tərəfdən Adıyamanın Tut rayonunda leysan yağışdan sonra meydana gələn seldə itən Fatma Tekdal və 1,5 yaşlı qızı üçün axtarış-xilasetmə işləri davam edir.

Cəsədin itkin düşdüyü bildirilən təmizlik işçisi Ömər Zamana aid olduğu bildirilib. 

Mersin Sahil Mühafizəsi Sualtı Axtarış-Xilasetmə, dalğıc polisi, jandarma axtarış-xilasetmə, AFAD, UMKE və yanğınsöndürənlərin də olduğu təxminən 500 nəfərlik qrup dərənin rayon mərkəzindən keçməsi nəticəsində itən insanların tapılması üçün növbətçiliyə davam edir. Tikinti avadanlığı ilə dəstəklənən işlərdə itkin olduğu bildirilən anası Fatma və 1,5 yaşlı qızı Zeynep Zümra Tekdala çatmaq üçün işlər aparılır.
 
Şanlıurfa Xilasetmə Müdirliyi qrupları tərəfindən dünən Veysel Karani Məhəlləsində aparılan iş zamanı Yavuz 12 yaşayış binasının zirzəmisində Suriya əsilli olduğu müəyyən edilən 5 nəfərin cansız cəsədi tapılıb.

Qeyd edək ki, Şanlıurfa Qubernatorluğu dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları davam edən leysan səbəbiylə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edərək, lazım olmadıqca evlərini və təhlükəsiz əraziləri tərk etməməyin vacib olduğunu bildirib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR