Türkiyədəki yanğında ölənlərin sayı artdı

Türkiyədəki yanğında ölənlərin sayı artdı
DÜNYA
23:06 21.01.2025
370
Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda yerləşən hoteldə yanğın zamanı həlak olanların sayı 66 nəfərə çatıb.

AZXEBER.COM "Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı isə 51-ə yüksəlib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 10 nəfərin həlak olduğu, daha 32 nəfərin isə yaralandığı deyilirdi.
OXŞAR XƏBƏRLƏR