Türkiyədəki zəlzələdə futbolçu həlak oldu

Türkiyədəki zəlzələdə futbolçu həlak oldu
DÜNYA
21:03 07.02.2023
292
Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR