Türkiyədəki zəlzələdən paylaşım edərək həbs edilən aşpaz azadlığa buraxıldı

Türkiyədəki zəlzələdən paylaşım edərək həbs edilən aşpaz azadlığa buraxıldı
DÜNYA
10:54 29.03.2023
244
6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən dağıdıcı zəlzələlərdən sonra zəlzələ bölgəsindən paylaşım edən "MasterChef" iştirakçısı, aşpaz Uğur Kardeş "İctimaiyyəti Yanlış Məlumatlandırmaq" ittihamı ilə məhkəmə tərəfindən həbs edilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verri ki, dünən sərbəst buraxılan Kardaş sosial şəbəkədə izləyicilərinə müraciət edib.
    
Kahramanmaraş zəlzələ bölgəsində olan MasterChef Uğur Kardaş, "Mənim əllərimə baxın, günlərlə insanları dağıntılar altından çıxarmaqdan nə günə düşüb. Ölən cəsədləri çıxarırıq. 

İddiaların əsassız olduğu ortaya çıxan Kardeş Adıyaman hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Polis İdarəsindən Uğur Kardeş haqqında verilən açıqlamada bu cümlələr işlədilib:
 
"Sosial mediada zəlzələdə görülən işlərlə bağlı təxribat xarakterli paylaşımlar etdiyi aşkarlanan Mustafa Uğur Kardeş adlı şübhəli şəxs Adıyaman hava limanında qısa müddətdə saxlanılıb".

Qeyd edək ki, İnstaqram hesabından sərbəst buraxıldığını yazan Uğur Kardeş izləyicilərinə müraciət edərək, "Hamınıza bir-bir cavab vermək istərdim, amma uşaqlar, məni də anlayın. Sizlər üçün çox darıxıram. Çox şeylə geri dönəcəyik. Saç saqqal bir az kəsiləcək" - deyə paylaşımda bildirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR