Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib.AZXEBER.COM-un məlumatına görə, səfir bu barədə "Twitter" bloqunda yazıb.İ.A.Coşqun yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.