Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı

Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı
SOSİAL
09:34 17.03.2020
1795
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.

Türk Hava Yollarından AZXEBER.COM-a verilən məlumata görə, Bakıya olan uçuşa yalnız Azərbaycan vətəndaşları, İstanbul şəhərinə nəzərdə tutulan uçuşa isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK 68 90-91:

ISTANBUL  -GYD -11:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

GYD - İSTANBUL - 15:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları
OXŞAR XƏBƏRLƏR