Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər - FOTO

Türkiyədən Ermənistana 15 ildən sonra nazir səviyyəsində ilk səfər - FOTO
DÜNYA
21:05 25.03.2023
264

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu 2024 Avropa Futbol Çempionatının seçmə turu çərçivəsində bu gün keçiriləcək Ermənistan-Türkiyə matçını izləmək üçün Ermənistana gedib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2008-ci ildə Ermənistan - Türkiyə oyununa stadiondan canlı baxmaq üçün İrəvana səfər etmişdi.

Beləliklə, 15 ildən sonra, nazir səviyyəsində ilk səfər yenə də iki ölkə arasındakı futbol matçı səbəbilə gerçəkləşdirilir./oxu.az

 


OXŞAR XƏBƏRLƏR